"Qarabağ"ın futbolçusu :"Hesab edirəm ki, ikinci oyun birincidən daha çətin olacaq"

"Qarabağ"ın futbolçusu :"Hesab edirəm ki, ikinci oyun birincidən daha çətin olacaq" Riçard Almeyda: "Biz istəyirdik ki, daha çox qol vuraq"
Futbol
13 İyul , 2016 01:35
Qarabağın futbolçusu :Hesab edirəm ki, ikinci oyun birincidən daha çətin olacaq

Bakı. 13 iyul. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasında Lüksemburqun "Düdelanj" klubu ilə II təsnifat mərhələsinin ilk oyunundan sonra brifinq keçirib. 

"Report"un məlumatına görə, dubl edərək, komandasına qələbə qazandıran braziliyalı yarımmüdafiəçi əvvəlcə oyun barədə danışıb...

- Bilirdik ki, asan matç olmayacaq. Hər dəfə biz top itirəndə rəqibin qurduğu əks-hücumlardan başa düşürdük ki, qarşımızdakı təhlükəli komandadır. Ancaq hələ heç nə yekunlaşmayıb. Bizi çətin cavab oyunu gözləyir. Lüksemburqdakı matça eyni konsentrasiya və eyni diqqətlə hazırlaşacağıq. 

- Erkən qollardan sonra hər kəs fərqin böyük olacağını düşünürdü. Ancaq sanki "Qarabağ” ikinci hissəni "yola verdi”... 

- Biz istəyirdik ki, daha çox qol vuraq. Ancaq rəqib ikinci hissədə qapandı, müdafiəyə çəkildi. Ona görə də bizim üçün çətin oldu.

- İki qol vuraraq oyunun qəhrəmanı oldun... 

- Qol sonda mənim ayağımdan gələ bilər. Ancaq bu, bütün komandanın birgə hazırlayıb vurduğu qoldur. Önəmli olan qələbədir. 

- Zədən nə yerdədi? - 

O qədər də ağır zədə deyil. Sabahdan etibarən daha yaxşı olacaq.

- Necə düşünürsünüz, bu hesab növbəti mərhələyə çıxmağa bəs edəcəkmi? Ümumiyyətlə, Cavab matçından nə gözləyirsiniz?

- Hesab edirəm ki, ikinci oyun birincidən daha çətin olacaq. Biz də buna uyğun hazırlaşacağıq.

Son xəbərlər

Orphus sistemi