​"Qarabağ" "Göteborq"la oyun üçün sifariş vərəqəsini təqdim edib

​"Qarabağ" "Göteborq"la oyun üçün sifariş vərəqəsini təqdim edib Siyahıda yeni transfer Dino Ndlovu da yer alıb
Futbol
15 Avqust , 2016 17:45
​Qarabağ Göteborqla oyun üçün sifariş vərəqəsini təqdim edib

Bakı. 15 avqust. REPORT.AZ/ "Qarabağ" klubu Avropa Liqasının "pley-off" mərhələsində İsveç "Göteborq"u ilə keçirəcəyi oyunlar üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib. 

"Report"un məlumatına görə, siyahıda yeni transfer Dino Ndlovu da yer alıb. 

Qapıçılar: 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç, 94. Halit Oğuzhan. 

Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 55. Bədavi Hüseynov. 

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 8. Migel Markos Madeyra, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 67. Əl Hərbi Əl Jadeouyi, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 99. Dani Kintana.

Hücumçular: 6. Dino Nidlovu, 9. Reynaldo Silva, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 71. Vüqar Nadirov.

Qeyd edək ki, "Göteborq"la ilk oyun avqustun 18-də İsveçdə, cavab görüşü avqustun 25-də Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi