"Qarabağ" klubu futbolçusunu "Kəpəz"ə buraxmayıb

"Qarabağ" klubu futbolçusunu "Kəpəz"ə buraxmayıb Cavid Tağıyevin keçidi son anda baş tutmayıb
Futbol
6 İyun , 2016 18:51
Qarabağ klubu futbolçusunu Kəpəzə buraxmayıb

Bakı. 6 iyun. REPORT.AZ/ "Qarabağ" klubu futbolçusu Cavid Tağıyevi "Kəpəz"ə buraxmayıb. Bu barədə "Report"a Gəncə komandasının baş məşqçisi Şahin Diniyev məlumat verib.

Onun sözlərinə görə, 24 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəkləri baş tutmayıb. Ağdam təmsilçisinin rəhbərliyi son anda C.Tağıyevi komandada saxlamağa qərar verib.

Qeyd edək ki, Cavid Tağıyev "Qarabağ"a iki il öncə AZAL-dan keçib. Bu gün futbolçunun doğulub boya-başa çatdığı Tovuzda toy mərasimi keçirilib. 

Son xəbərlər

Orphus sistemi