Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununa çıxıb. "Report"un məlumatına görə, Ağdam təmsilçisi Şotlandiyanın paytaxtı Qlazqoda "Seltik"in qonağı olub.
"Seltik Park"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 82-ci dəqiqədə Dedrik Boyata vurub.
"Qarabağ" uzun müddət müqavimət göstərib. Hətta bir neçə epizodda baş məşqçi
Öncədən canlı yayımlanacağı bildirilsə də, görüş ekranlara gətirilməyib. Səbəb kimi "Seltik" tərəfinin oyunun canlı yayımına icazə verməməsi göstərilib. Demək olar ki, tam dolu olan stadionda 300-dək azərbaycanlı azarkeş də matçı canlı izləyib.
Qeyd edək ki, cavab oyunu avqustun 5-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 21:30-da başlanacaq.