​"Qarabağ" çempionatda ən yaxın izləyicisi ilə xal fərqini 20-yə yüksəldib

​"Qarabağ" çempionatda ən yaxın izləyicisi ilə xal fərqini 20-yə yüksəldib Futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilib
Futbol
11 May , 2016 23:50
​Qarabağ çempionatda ən yaxın izləyicisi ilə xal fərqini 20-yə yüksəldib

Bakı. 12 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilib.

"Report"un məlumatına görə, hesabat turunun bütün oyunlarında ən azı 2 qol vurulub.

Artıq çempionluğu təmin etmiş "Qarabağ" "Qəbələ"ni Dani Kintananın "dubl"u sayəsində məğlub edib. "Zirə"nin AZAL ilə səfər matçında 1:1 hesablı heç-heçə etməsi "Qarabağ"la Bakı klubu arasında xal fərqini 20-yə çatdırıb. Debütantın 2-ci pilləni əldən vermə təhlükəsi yaransa da, "Kəpəz"in evdə "Neftçi"yə gözlənilməz məğlubiyyəti Adil Şükürovun baş məşqçisi olduğu komandaya rahat nəfəs aldırıb. Gəncə təmsilçisinin uduzmasından yararlanan "İnter" isə "Xəzər Lənkəran" üzərində eyni hesablı qələbə sayəsində 3-cü pilləyə qalxıb. "Kəpəz" 4-cü, "Qəbələ" 5-ci pilləyə enib.

"Zirə" ilə "İnter"in Avrokuboklardan kənarda qalma ehtimalı səbəbindən, 6-cı pillə uğrunda mübarizə daha da gərgin hal alıb. "Neftçi" Gəncədəki qələbədən sonra AZAL-la xallarını bərabərləşdirib. İndi "təyyarəçilər" yalnız şəxsi oyunlardakı üstünlük səbəbindən mövqelərini itirməyiblər. Aşağı pillələrdə qərarlaşmış "Sumqayıt"la "Rəvan" arasındakı görüşdə "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb - 3:1.

Azərbaycan Premyer Liqası, XXXIV tur

16:00. AZAL – "Zirə" - 1:1

Qollar: Nuqzar Kvirtiya, 68 - Viktor İqbekoyi, 86

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı. "AZAL Arena"

16:00. "Kəpəz" – "Neftçi" - 1:2

Qollar: Julyen Ebah, 4 - Anyete, 49. Ruslan Qurbanov, 80-penalti ilə

Qırmızı vərəqə: Tərlan Quliyev, 90 ("Kəpəz")

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə. Gəncə şəhər stadionu

17:00. "İnter" – "Xəzər Lənkəran" - 2:1

Qol: Rauf Əliyev, 14. Yuri Fomenko, 27 - Vaquf Güləliyev, 47

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. "İnter Arena"

18:00. "Sumqayıt" – "Rəvan" - 3:1

Qol: Amil Yunanov, 64. Pərdis Fərcad Azad, 74; 81 - Yasin Həmid, 8

Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, İsgəndər Əliyev, Fərid Məmmədov

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Füzuli Nəcəfov

Sumqayıt. "Kapital Bank Arena"

19:00. "Qarabağ" – "Qəbələ" - 2:0

Qol: Dani Kintana, 16; 32

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Şahin Cəfərov

Bakı. "Əlincə Arena (CBC Sport)

Topaz Premyer Liqası
N Klublar O Q H M T-F X
1 Qarabağ 34 25 6 3 62-19 81
2 Zirə 34 17 10 7 40-28 61
3 İnter 34 15 11 8 36-24 56
4 Kəpəz 34 15 10 9 46-37 55
5 Qəbələ 34 14 11 9 41-28 53
6 AZAL 34 13 7 14 26-33 46
7 Neftçi 34 12 10 12 36-37 46
8 Sumqayıt 34 7 12 15 37-47 33
9 Xəzər Lənkəran 34 3 5 26 13-47 14
10 Rəvan 34 4 8 22 23-60 14

Nelson Bonilla ("Zirə") - 14 qol

Dani ("Qarabağ") - 14 qol

Ruslan Qurbanov ("Neftçi") -12 qol

Amil Yunanov ("Sumqayıt") - 10 qol

Riçard Almeyda ("Qarabağ") - 9 qol

Aleksey Qay ("Qəbələ") - 9 qol

Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 26.01.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib.

Son xəbərlər

Orphus sistemi