"Qarabağ" Azərbaycan kubokunun qalibi olub

"Qarabağ" Azərbaycan kubokunun qalibi olub Ağdamlılar həm ölkə çempionu, həm də kubokun qalibi olmaqla qızıl dubl etmiş oldu
Futbol
3 İyun , 2015 22:52
Qarabağ Azərbaycan kubokunun qalibi olub

Qəbələ. 3 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. "Report"un məlumatına görə, kubok uğrunda Ağdamın "Qarabağ" və Bakının "Neftçi" komandaları qarşılaşıb.

Matça daha aktiv başlayan ağdamlılar 5-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. Reynaldo topu tora qovuşdurub. Matçın 39-cu dəqiqəsində braziliyalı futbolçu özünün və komandasının ikincini qolunu vurub. Oyunun ilk hissəsi bu hesabla da başa çatıb.

İkinci hissə qarşılıqlı hücumlar şəraitində başlayıb. Hesabda geridə olan paytaxt təmsilçisi matçın gedişatında fərqi azaltmağa nail olub. 78-ci dəqiqədə Ernest Nfor adını tabloya yazdırıb. Cəmi 6 dəqiqə sonra isə Muarem Muarem komandasının 3-cü, özünün ilk topunu vurub. Qarşılaşma bu hesabla da yekunlaşıb və "Qarabağ" Azərbaycan kubokunun 2014/2015 mövsümünün qalibi olub. Ağdamlılar həm ölkə çempionu, həm də kubokun qalibi olmaqla qızıl dubl etmiş oldu.

Oyundan sonra qalib komandaya Azərbaycan kuboku təqdim edilib. Təqdimetmə mərasimi PFL prezidenti Ramin Musayev təqdim edib.

Son xəbərlər

Orphus sistemi