Bakı. 2 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki görüş mayın 4-də gerçəkləşəcək.
"Qarabağ" "İnter"i Abşeronun Masazır qəsəbəsindəki "Əlincə" stadionunda qəbul edəcək. Bu, kluba məxsus "Azərsun Arena"da mayın 5-dən 17 yaşadək futbolçular arasında Avropa çempionatının bəzi oyunlarının keçiriləcəyi ilə əlaqədardır.
04 may (çərşənbə)
"Qarabağ” – "İnter”
Masazır qəsəbə stadionu, 19:00 (canlı, CBC Sport)
"Qəbələ” – "Neftçi”
Qəbələ şəhər stadionu, 16:00 (canlı, CBC Sport)