"Qarabağ" Azərbaycan Kubokundakı rəqibini "İnter Arena"da qəbul edəcək

"Qarabağ" Azərbaycan Kubokundakı rəqibini "İnter Arena"da qəbul edəcək Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı və yeri açıqlanıb
Futbol
8 Aprel , 2015 16:44
Qarabağ Azərbaycan Kubokundakı rəqibini İnter Arenada qəbul edəcək

Bakı. 8 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı və yeri müəyyənləşib. "Report"un məlumatına görə, hər iki qarşılaşma aprelin 13-də Bakıda keçiriləcək. 

"Qarabağ" klubu "Simurq"u "İnter Arena"da qəbul edəcək. Oyun saat 18:00-da başlanacaq. Bu stadiondan yararlanan "İnter" isə saat 19:00-da "Bakcell Arena"da "Neftçi"nin qonağı olacaq. 

Qeyd edək ki, cavab görüşləri aprelin 21-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi