Bakı. 29 sentyabr. REPORT.AZ/ Oktyabrın 1-də "Qarabağ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turunda Belçika "Anderlext"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 22:00-da start götürəcək.
Təbii ki, matçın bu saatda başlaması azarkeşlərin stadiona axınına təsir etməyə bilməz. Oyunun təxminən gecə saat 00:00 radələrində başa çatacağını nəzərə alsaq, stadiona toplaşan azarkeşlərin evə qayıtmaq məsələsi yenə də problemə dönəcək. Əsas ictimai nəqliyyat vasitəsinin metro olduğunu nəzərə alsaq, sözsüz ki, "Qarabağ" iş qrafikinin artırılması üçün "
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında metronun iş qrafikinin uzadılması ilə bağlı "Qarabağ"dan məktub aldıqlarını bildirib. O deyib ki, müraciətə baxıldıqdan sonra sabah rəsmən cavablandırılacaq.
Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" ilə Yunanıstan PAOK-u arasında keçirilmiş qrup mərhələsinin ilk tur matçından sonra da analoji problem baş vermişdi. Yunanıstan PAOK-u ilə qarşılaşma saat 22:00-a təyin olunduğundan, azarkeşlərin metro ilə evə qayıtmaq şansları heçə enmişdi. "Report"un məsələ ilə bağlı yazısından sonra klub rəhbərliyi "Bakı Metropoliteni" QSC-yə müraciət edərək iş vaxtının artırılmasını xahiş etmişdi.