​"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb

​"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb Ağdam klubu "Dudelanj"ı turnirdən kənarlaşdırıb
Futbol
20 İyul , 2016 21:53
​Qarabağ Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycanı Çempionlar Liqası turnirində təmsil edən Ağdamın "Qarabağ" klubu turnirin III təsnifat mərhələsinə vəsiqə qazanıb

"Report" xəbər verir ki, II təsnifat mərhələsində mübarizə aparan Ağdam klubu bu gün Lüksemburqun "Düdelanj" klubu ilə səfər matçına çıxıb.

Görüşdə hesab 71-ci dəqiqədə "Düdelanj"ın futbolçusu Momar N'Diaye tərəfindən açılıb – 1:0. Məğlubiyyətlə barışmayan Ağdam klubu oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Almeydanın qolu ilə hesabda bərabərlik yaradıb – 1:1.

Bakıda keçirilən ilk qarşılaşma 2:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatdığından (ümumi hesab 3:1) mərhələ adlayan Azərbaycan klubu olub. "Qarabağ" bu mərhələdə Çüxiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi