"Qarabağ" Avropa Klublar Assosiasiyasına üzv qəbul olunub

"Qarabağ" Avropa Klublar Assosiasiyasına üzv qəbul olunub Bu barədə qərar ECA-nın İsveçrənin Cenevrə şəhərində keçirilmiş Baş Assambleyasında qəbul olunub
Futbol
11 Sentyabr , 2015 23:41
Qarabağ Avropa Klublar Assosiasiyasına üzv qəbul olunub

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Qarabağ" Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul olunub. "Report"un məlumatına görə, bu barədə qərar ECA-nın İsveçrənin Cenevrə şəhərində keçirilmiş Baş Assambleyasında qəbul olunub.

İclasda Ağdam təmsilçisi 20 yeni üzvdən biri olub. Bununla da ECA üzvlərinin sayı 220-yə çatıb. Onlardan 106-sı fövqəladə, 114-ü assosiativ statusa malikdir. 2015 - 2017-ci illəri əhatə edəcək üzvlük dövründə Azərbaycanın ECA-da 4 təmsilçisi olacaq. "Qarabağ" fövqəladə, "Neftçi", "Xəzər Lənkəran" və AZAL assosiativ üzvlərdir. Bunadək fövqəladə üzv statusu "Neftçi"yə məxsus olub. "Qarabağ" flaqmandan bu statusu almaqla yanaşı, üzvlükdən çıxan "Bakı"nı əvəzləyib.

ECA-nın yeni üzvləri:

"Skenderbeu" (Albaniya), "Qarabağ" (AZƏRBAYCAN), "Riyeka" (Xorvatiya), "Apollon" (Limassol, Kipr), "Esbyerq" (Danimarka), "Midtyülland" (Danimarka), "Sent-Etyen" (Fransa), "Hannover 96" (Almaniya), "Asteras" (Tripolis, Yunanıstan), "Jalgiris" (Vilnüs, Litva), "Şkëndiya" (Tetovo, Makedoniya), "Vitess" (Hollandiya), "Strömsqodset" (Norveç), "Rux" (Xojuv, Polşa), "Şlask" (Vrotslav, Polşa), "Astra" (Curcu, Rumıniya), "Panduri" (Tarqu Jiu, Rumıniya), "Tre Penne" (San-Marino), "Trençin" (Slovakiya), AIK (İsveç).

Toplantıda həm də qurumun rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri seçilib:

Sədr: Karl-Haynts Rummenigge ("Bavariya" ALmaniya)

Sədrin I müavini Umberto Qandini ("Milan", İtaliya)

Sədrin II müavini: Pedro Lopes Ximenes ("Real Madrid", İspaniya)

Sədrin III müavini: Yevgeni Giner (MOİK Moskva, Rusiya)

Üzvlər

Edvard Vudvard ("Mançester Yunayted", İngiltərə)

İvan Gazidis ("Arsenal", İngiltərə)

Xosep Maria Bartomeu ("Barselona", İspaniya)

Andrea Anyelli ("Yuventus", İtaliya)

Jan-Mişel Olas (Lion, Fransa)

Edvin van der Sar ("Ayaks", Hollandiya)

Mixael Versxueren ("Anderlext", Belçika)

Teodore Yannikos ("Olimpiakos", Yunanıstan)

Dariuş Myoduski ("Legiya" Varşava, Polşa)

Peter Lavvell ("Seltik", Şotlandiya)

Aki Riihilahti (HİK Helsinki, Finlandiya)

Son xəbərlər

Orphus sistemi