​"Qarabağ" - "Anderlext" oyununa 5000 bilet satılıb

​"Qarabağ" - "Anderlext" oyununa 5000 bilet satılıb Belçika klubu Bakıya sabah gələcək
Futbol
29 Sentyabr , 2015 12:26
​Qarabağ - Anderlext oyununa 5000 bilet satılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ın Bakıda Belçika "Anderlext"i ilə keçirəcəyi oyuna 5000 bilet satılıb. Ağdam klubunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bilet satışı əsasən səhər və axşam saatlarında daha da intensivləşir.

Artıq Belçika təmsilçisinin Bakıya gələcəyi vaxt da müəyyənləşib. Qonaq komanda sentyabrın 30-da günorta saatlarında paytaxtda olacaq. Sabah həm "Qarabağ", həm də "Anderlext"in baş məşqçisinin iştirakı ilə mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 22:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi