​"Qalatasaray" Taffarelə tapşırılıb

​"Qalatasaray" Taffarelə tapşırılıb Komanda "Antalyaspor"la matça braziliyalı məşqçinin rəhbərliyi altında çıxacaq
Futbol
20 Noyabr , 2015 10:17
​Qalatasaray Taffarelə tapşırılıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu qapıçılar üzrə məşqçi Klaudio Taffarelə tapşırılıb. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, komanda dünən Florya Mətin Oktay Təsislərində keçirilmiş məşqə braziliyalı mütəxəssisin rəhbərliyi altında çıxıb.

Klubun baş katibi Fatih İşbecer bildirib ki, Super Liqada XII turun "Antalyaspor"la oyununda komandanın başında klubun sabiq qapıçısı olacaq. Bir neçə gün öncə istefa verən baş məşqçi Hamza Hamzaoğlunun köməkçiləri Yıldırım Uran, Fuat Buruk və İsa Turanla isə yollar ayrılacaq.

Qeyd edək ki, Klaudio Taffarel 2011-ci ildən "Qalatasaray"da çalışır.

Son xəbərlər

Orphus sistemi