​"Qalatasaray" klubu Samuel Etonu transfer edir

​"Qalatasaray" klubu Samuel Etonu transfer edir Gələn həftə müqavilə imzalanacaq
Futbol
4 İyun , 2016 17:33
​Qalatasaray klubu Samuel Etonu transfer edir

Bakı. 4 iyun. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu "Antalyaspor"da forma geyinən Samuel Etonu transfer etməyə hazırlaşır. "Report"un "Fotomaç"a istinadən verdiyi məlumata görə, artıq hər iki klub rəhbərliyi arasında razılaşma əldə olunub.

35 yaşlı hücumçunun transfer qiymətinin 3 milyon avrodan çox olmayacağı və münasibətlərin gələn həftə rəsmiləşəcəyi bildirilir. Hələlik müqavilə müddəti açıqlanmır.

Qeyd edək ki, Eto karyerası ərzində "Real Madrid", "Malyorka", "Barselona", "Çelsi", "Everton", "İnter", "Anji", "Sampdoriya" klublarının formasını geyinib. Futbolçu ötən ilin yay transfer pəncərəsində "Antalyaspor"a keçib.

Son xəbərlər

Orphus sistemi