"Qalatasaray" klubu növbəti transferini açıqlayıb

"Qalatasaray" klubu növbəti transferini açıqlayıb Martin Linneslə 3,5 illik müqavilə bağlanılıb
Futbol
14 Yanvar , 2016 09:57
Qalatasaray klubu növbəti transferini açıqlayıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu futbolçu Martin Linnesi transfer etdiyini rəsmən açıqlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə 3.5 mövsümlük müqavilə imzalanıb.

Anlaşmaya əsasən, Linnesin keçmiş klubu Norveç "Molde"sinə 2 milyon avro ödənilib. Üstəlik, 500 min avro ilə məhdudlaşdırılması şərti ilə Linnesin start heyətində yer aldığı hər 20 oyun üçün 100 min avro ödəniləcək.

Futbolçunun özünə isə hər oyun üçün 10 min avro ödəniləcək.

Qeyd edək ki, "Qalatasaray" daha öncə "Kasımpaşa"dan Rayan Donku heyətinə qatıb. 

Son xəbərlər

Orphus sistemi