"Qalatasaray"ın yeni baş məşqçisi açıqlanıb

"Qalatasaray"ın yeni baş məşqçisi açıqlanıb Hollandiyalı mütəxəssis mövsümün sonunadək bu vəzifəni icra edəcək
Futbol
16 Mart , 2016 14:57
Qalatasarayın yeni baş məşqçisi açıqlanıb

Bakı. 16 mart. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisi açıqlanıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Yan Olde Rikerinkdir.

İdarə Heyətinin qərarına əsasən, hollandiyalı mütəxəssis mövsümün sonunadək "sarı-qırmızılar"a rəhbərlik edəcək. 53 yaşlı baş məşqçinin ilk sınağı martın 20-də Super Liqanın XXVI turu çərçivəsində "Fənərbağça"ya qarşı olacaq.

Qeyd edək ki, Yan Olde Rikerink bu təyinatadək "Qalatasaray"ın aşağı yaş qrupları üzrə mütəxəssis kimi çalışıb. 

Son xəbərlər

Orphus sistemi