​"Qalatasaray"ın sabiq baş məşqçisi "Bursaspor"la anlaşıb

​"Qalatasaray"ın sabiq baş məşqçisi "Bursaspor"la anlaşıb "Timsahlar"a Hamza Hamzaoğlu rəhbərlik edəcək
Futbol
16 Dekabr , 2015 11:20
​Qalatasarayın sabiq baş məşqçisi Bursasporla anlaşıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun sabiq baş məşqçisi Hamza Hamzaoğlunun iş yeri məlum olub. "Report"un "Fanatik"ə istinadən verdiyi məlumata görə, Hamzaoğlu bundan sonra "Bursaspor"un baş məşqçisi olacaq.

Artıq tərəflər arasında razılıq əldə olunub. "Qalatasaray"la 3 kubok qazanan 45 yaşlı mütəxəssis qış fasiləsində işinin icrasına başlayacaq.

Qeyd edək ki, Ertuğrul Sağlamla yolları ayıran "Bursaspor"a hazırda Ersel Uzgur rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi