Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu isveçrəli futbolçu Eren Derdiyokla müqavilə imzalayıb.
"Report"un xəbərinə görə, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb.
Belə ki, "Qalatasaray" 28 yaşlı hücumçu üçün onun klubu "Kasımpaşa"ya 4 milyon avro ödəyəcək. Eren Derdiyok "Cim-Bom"la 3 illik müqaviləyə imza atıb.
Bundan başqa, "Qalatasaray" İsveçrə millisinin üzvünə hər il 2 milyon 150 min avro maaş verəcək.
Qeyd edək ki, E.Derdiyok 2014-cü ildə Almaniyanın "Bayer" klubundan "Kasımpaşa" komandasına transfer olıunub.