​"Qalatasaray" "Bursaspor"un müdafiəçisini transfer edib

​"Qalatasaray" "Bursaspor"un müdafiəçisini transfer edib Futbolçu ilə 4 illik anlaşma əldə olunub
Futbol
22 İyun , 2016 10:13
​Qalatasaray Bursasporun müdafiəçisini transfer edib

Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib. "Report"un məlumatına görə, İstanbul təmsilçisi "Bursaspor"da çıxış edən Serdar Əzizlə razılığa gəlib.

Futbolçunun meneceri Halik Canatar tərəflərin 4 il müddətinə anlaşdıqlarını bildirib. "Qalatasaray" 26 yaşlı müdafiəçi üçün 4.5 milyon avro ödəyib, futbolçuları Sercan Yıldırım, Furkan Özçal və Bilal Kısanı Bursa təmsilçisinə verib.

Qeyd edək ki, Sərdar Əziz "Bursaspor"un yetirməsidir.

Son xəbərlər

Orphus sistemi