"Qalatasaray" klubu Avropa kuboklarından kənarlaşdırılıb

"Qalatasaray" klubu Avropa kuboklarından kənarlaşdırılıb Bu barədə qərarı UEFA verib
Futbol
2 Mart , 2016 15:43
Qalatasaray klubu Avropa kuboklarından kənarlaşdırılıb

Bakı. 2 mart. REPORT.AZ/ UEFA Türkiyənin "Qalatasaray" klubunu Avropa Kuboklarından bir il müddətinə kənarlaşdırıb. "Report"un məlumatına görə, buna klubun Maliyyə "Fair Play"inin tələblərini pozması səbəb olub. 

Qərara əsasən, "sarı-qırmızılar" bu il avrokuboklara vəsiqə qazanmasalar, cəza bu hüququn qazanılacağı mövsümə şamil olunacaq. 

Qeyd edək ki, bir müddət öncə tərəflər arasında bu məsələylə bağlı danışıqlar aparılıb. "Qalatasaray"a 1+1 illik cəza təklif olunub. Danışıqlardan sonra isə bu cəza verilib. 

Son xəbərlər

Orphus sistemi