​"Qalatasaray" 5-ci dəfə Türkiyə Super Kubokunu qazanıb

​"Qalatasaray" 5-ci dəfə Türkiyə Super Kubokunu qazanıb "Sarı-qırmızılar" "Beşiktaş"la üz-üzə gəliblər
Futbol
14 Avqust , 2016 00:55
​Qalatasaray 5-ci dəfə Türkiyə Super Kubokunu qazanıb

Bakı. 14 avqust. REPORT.AZ/ Türkiyə Super Kubokunun sahibi müəyyənləşib.

"Report"un məlumatına görə, mövsümün ilk titulu uğrunda görüşdə "Beşiktaş"la "Qalatasaray" üz-üzə gəlib.

Konya şəhərindəki "Böyükşəhər" stadionunda keçirilmiş görüşün əsas vaxtı qolsuz, əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib. 100-cü dəqiqədə "sarı-qırmızılar"dan Hakan Balta fərqlənib. 107-ci dəqiqədə isə onun komanda yoldaşı topu öz qapısına vurub. Matçın taleyini penaltilər seriyası həll edib. "Beşiktaş"ın 3 penaltisi dəqiq olmayıb. Onlardan 2-sini "Qalatasaray"ın qapıçısı Fernando Muslera dəf edib. "Qalatasaray"dan isə Selçuk İnan, Hakan Balta və Tolqa Cigerçi toru dəqiq nişan alıb.

Beləliklə, "Qalatasaray" tarixində 5-ci dəfə Türkiyə Super Kubokuna sahib olub.

Son xəbərlər

Orphus sistemi