​PSJ klubu Fransa çempionatında yeni rekorda imza atıb

​PSJ klubu Fransa çempionatında yeni rekorda imza atıb Komanda ilk dövrədə 51 xal toplayıb
Futbol
21 Dekabr , 2015 10:56
​PSJ klubu Fransa çempionatında yeni rekorda imza atıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Fransanın PSJ klubu yeni rekorda imza atıb. "Report"un məlumatına görə, Paris təmsilçisi ilk dövrədə ən çox xal toplayan komanda kimi ölkə futbolunun tarixinə düşüb.

PSJ 19 tura 51 xal yığıb. Bu isə Liqa 1 tarixində ən yüksək göstəricidir. Loran Blanın rəhbərlik etdiyi komanda rəqib qapısından 48 top keçirib və 9 qol buraxıb. Komandanın aktivində 16 qələbə və 3 heç-heçə var.

Qeyd edək ki, bu göstərici PSJ-dən əvvəl "Lion"a (2006/07) məxsus olub.

Son xəbərlər

Orphus sistemi