Prosineçki və köməkçiləri Antalyada daha 4 görüş izləyib

Prosineçki və köməkçiləri Antalyada daha 4 görüş izləyib Azərbaycan millisinin baş məşqçisi "İnter", "Zirə", "Qarabağ" və "Qəbələ"nin oyunlarına baxıb
Futbol
21 Yanvar , 2016 12:24
Prosineçki və köməkçiləri Antalyada daha 4 görüş izləyib

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində olan futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki daha 4 oyunu izləyib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis “İnter” – “Slovan” (Bratislava, Slovakiya), “Zirə” – “Optik” (Almaniya), “Qarabağ” – “Diosgyor” (Macarıstan) və “Qəbələ” – “Sürix” (İsveçrə) oyunlarına baxıb.

Onunla birgə köməkçiləri Qordan Tsipriç və Draqan Spasiç də olub.

Qeyd edək ki, Robert Prosineçki və köməkçiləri Antalyada Azərbaycan Premyer Liqası klublarının əvvəlki yoxlama oyunlarını da izləyiblər. 

Son xəbərlər

Orphus sistemi