Prosineçki "Neftçi" nümayəndələri ilə görüşüb

Prosineçki "Neftçi" nümayəndələri ilə görüşüb Görüşdə Arif Əsədov, Vəli Qasımov və Mübariz Xudiyev iştirak edib
Futbol
29 Aprel , 2015 13:40
Prosineçki Neftçi nümayəndələri ilə görüşüb

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki “Neftçi” klubunun nümayəndələri ilə görüşüb. "Report"un məlumatına görə, tərəflər "Neftçi"nin təşəbbüsü ilə AFFA-nın inzibati binasında bir araya gəliblər. 

Görüşdə flaqmanın baş məşqçisi Arif Əsədov, klubun idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak edib. Tədbir zamanı ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bir neçə gün öncə Robert Prosineçki "Report"a müsahibəsində "Neftçi"nin heyətində Azərbaycan millisinə namizəd futbolçunun olmadığını bildirib. 

Son xəbərlər

Orphus sistemi