Prosineçki Bakıya qayıdıb

Prosineçki Bakıya qayıdıb Azərbaycan yığmasının baş məşqçisi "Neftçi" - "Qarabağ" matçını izləyir
Futbol
16 Aprel , 2016 16:27
Prosineçki Bakıya qayıdıb

Bakı. 16 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Bakıya qayıdıb. "Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis hazırda "Bakcell Arena"dadır.

Prosineçki "Neftçi" və "Qarabağ" komandaları arasında keçirilən Premyer Liqanın XXX tur matçını izləyir. Onunla yanaşı, oyuna AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Yaşar Vahabzadə də baxır.

Qeyd edək ki, Robert Prosineçki bir neçə gün öncə Xorvatiya mətbuatına açıqlamasında Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən həyat yoldaşının qorxduğunu və ailəsini Bakıdan apardığını bildirmişdi.  

Son xəbərlər

Orphus sistemi