Premyer Liqanın XXII turunun açılış oyununda "İnter" klubu qələbə qazanıb - VİDEO

Premyer Liqanın XXII turunun açılış oyununda "İnter" klubu qələbə qazanıb - VİDEO Komandanın yeganə qolunu Nizami Hacıyev vurub
Futbol
19 Fevral , 2016 17:53
Premyer Liqanın XXII turunun açılış oyununda İnter klubu qələbə qazanıb - VİDEO

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib. "Report"un məlumatına görə, turun ilk oyun günündə Bakının "İnter" klubu Gəncənin "Kəpəz" komandasını qəbul edib.

"İnter Arena"da baş tutmuş qarşılaşmanın ilk yarısı qolsuz bərabərliklə yekunlaşıb. Meydan sahibləri ikinci hissədə istəyinə çatıb. Matçın 55-ci dəqiqəsində Nizami Hacıyev topu Tadas Simaitisin qoruduğu qapıya göndərib. Oyun "İnter"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu görüşdən sonra paytaxt klubu 34 xalla 4-cü pilləyə yüksəlib. Aktivində 32 xal olan "Kəpəz" isə "İnter"dən bir pillə geri düşüb.

Azərbaycan Premyer Liqası, XXII tur

15:00. "İnter" (Bakı) - "Kəpəz" (Gəncə) - 1:0

Qol: Nizami Hacıyev, 55

Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Kamran Bayramov, Ziya Nəsirov

AFFA nüməyəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. "İnter Arena"

Qeyd edək ki, turun qalan oyunları 20-21 fevralda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi