​Premyer Liqada növbəti turun oyunları keçirilib

​Premyer Liqada növbəti turun oyunları keçirilib “Zirə” qalib gəlib, “Kəpəz” son anda xal itirib
Futbol
8 Noyabr , 2015 08:46
​Premyer Liqada növbəti turun oyunları keçirilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.

“Report” xəbər verir ki, turun ilk günü çərçivəsində iki qarşılaşma baş tutub.

Belə ki, liderlik uğrunda mübarizə aparan Bakının “Zirə” klubu “Sumqayıt” üzərində mühüm qələbə qazanıb. Digər görüşdə “Kəpəz” Bakıda son dəqiqələrdə 2 xal itirib.

Azərbaycan çempionatı. 12-ci tur

“Zirə” – “Sumqayıt” – 3:2

Qollar: 16 ' [1-0] Cəmil Hacıyev, 45' [1-1] Ağabala Ramazanov, 49 ' [2-1] Adil Nağıyev, 75 ' [3-1] Nicat Qurbanov, 81' [3-2] Pərdis Fərcad-Azad

AZAL – “Kəpəz” – 1:1

Qollar: 82' [0-1] Julien Ebah, 88 ' [1-1] Tagim Novruzov

Son xəbərlər

Orphus sistemi