Premyer Liqada "Böyük oyun"da 4 qol, 4 qırmızı vərəqə

Premyer Liqada "Böyük oyun"da 4 qol, 4 qırmızı vərəqə Azərbaycan Premyer Liqasında 13-cü tura tura yekun vurulub
Futbol
24 Noyabr , 2014 19:17
Premyer Liqada Böyük oyunda 4 qol, 4 qırmızı vərəqə

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura tura yekun vurulub. "Report" xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Turun ən maraqlı oyunu “Dalğa Arena”da baş tutub. “Xəzər Lənkəran” əzəli rəqibi “Neftçi”ni qəbul edib. Qalin İvanovun 8-ci dəqiqədə vurduğu qolla ağ-yaşıllar hesabı açıblar. İki dəqiqə sonra Ruslan Qurbanov hesabı bərabərləşdirib. "Xəzər Lənkəran" Əfran İsmayılovun 35-ci dəqiqədə vurduğu qolu sayəsində önə keçib (2:1). Bundan sonra hücuma atılan "Neftçi" istəyinə yalnız ikinci hissənin son saniyələrində çatıb. Mirhüseyn Seyidov oyunun əlavə vaxtında (90+3) hesabı bərabərləşdirib. Beləliklə, "böyük oyun" 2:2 hesabıyla bitib.

Gözlənildiyi kimi oyun yenə gərgin keçib. Hakim qırmızı vərəqə üçün 4 dəfə əlini cibinə atmalı olub. Emil Balayev, 15-ci ("Neftçi"), Sadio Tounkara, 45-ci ("Xəzər Lənkəran"), Elnur Allahverdiyev, 49-cu ("Neftçi"), Əfran İsmayılov, 74-cü ("Xəzər Lənkəran") dəqiqələrdə cəzalandırılaraq meydanı tərk ediblər.

Digər oyun isə “Bakı” “Sumqayıt”ın qonağı olub. Bu oyunda da qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir dəfə fərqləniblər (1:1).

Nurlan Novruzov 1-ci dəqiqədə "Bakı"nı önə keçirib. Oyunun bitməsinə 6 dəqiqə qalmış Kiyan Sultanpur "Sumqayıt"a bir xalı qazandıran topu vurub.

Qeyd edək ki, turnir cədvəlinə 24 xalla “Qarabağ” başçılıq edir.

Son xəbərlər

Orphus sistemi