Azərbaycan ​Premyer Liqasında 8-ci tura yekun vurulub

Azərbaycan ​Premyer Liqasında 8-ci tura yekun vurulub "Xəzər Lənkəran" uzun fasilədən sonra yenidən qələbə qazanıb
Futbol
18 Oktyabr , 2015 22:12
Azərbaycan ​Premyer Liqasında 8-ci tura yekun vurulub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son günündə iki qarşılaşma oynanılıb.

"Xəzər Lənkəran" - AZAL və "Sumqayıt" - "İnter" qarşılaşmalarında qapılara 6 top vurulub. Cənub klubu uzun fasilədən sonra yenidən qələbə qazanıb, "İnter" isə səfərdə sumqayıtlıların müqavimətini qıra bilməyib.

Premyer Liqa, 8-ci tur

"Xəzər Lənkəran" - AZAL - 3-1

Qollar: Kamran Abdullazadə, 19 [1-0], Murad Səttarlı, 32 [1-1], Sadio Tounkara, 65 [2-1], Kamran Abdullazadə, 90 [3-1].

"Sumqayıt" - "İnter" - 1-1

Qollar: Pərdis Fərcad-Azad, 10 [1-0], Nika Kvekveskiri, 36 [1-1].

Son xəbərlər

Orphus sistemi