Premyer Liqa: "Qarabağ" "Neftçi" üzərində qələbə qazanıb

Premyer Liqa: "Qarabağ" "Neftçi" üzərində qələbə qazanıb Görüş Ağdam klubunun 3:0-lıq qələbəsi ilə yekunlaşıb
Futbol
21 Avqust , 2016 22:01
Premyer Liqa: Qarabağ Neftçi üzərində qələbə qazanıb

Bakı. 21 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının III turuna yekun vurulub.

"Report"un məlumatına görə, son oyunda "Qarabağ" və "Neftçi" komandaları qarşılaşıb.

Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"dakı matç nominal meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Qarşılaşmanın 24-cü dəqiqəsində Əl Hərbi Əl-Jadeyuinin zərbəsini qonaqların qapıçısı Krşevan Santini dəf etsə də, top müdafiəçi Jayro Rodrigesə dəyərək qapı xəttini keçib – 1:0.

İkinci qol isə matçın 47-ci dəqiqəsində vurulub. Bu dəfə Mahir Mədətov adını tabloya yazdırıb. Oyunda son nöqtəni Əl Hərbi Əl-Jadeyui qoyub və oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər qarşılaşmasında "Zirə" AZAL-ı 3:1 hesabı ilə məğlub edib. "İnter" isə "Kəpəz"lə sülh bağlayıb - 2:2.

"Qəbələ" - "Sumqayıt" matçı isə "qırmızı-qaralar"ın Peşəkar Futbol Liqasına müraciətindən sonra təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi