​Premyer Liqa: "Neftçi" "Qəbələ"ni məğlub edib

​Premyer Liqa: "Neftçi" "Qəbələ"ni məğlub edib "Zirə" - "Qarabağ" oyununda 0-0-lıq bərabərlik qeydə alınıb
Futbol
13 Dekabr , 2015 18:46
​Premyer Liqa: Neftçi Qəbələni məğlub edib

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyun günündə 3 qarşılaşma keçirilib.

Günün ilk oyununda AZAL "Xəzər Lənkəran"ı qəbul edib. Görüş "təyyarəçilər"in minimal hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin yeganə qolunu Murad Səttarlı vurub. Qələbə nəticəsində AZAL 16 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. "Xəzər Lənkəran" isə 12 xalla 9-cu pillədədir.

Turun mərkəzi görüşündə "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşmada "Neftçi" üstün tərəf olub. "Ağ-qaralar"ın qələbə qolunun müəllifi Filyo olub. "Neftçi" 3 xal sayəsində 6-cı yerdən 5-ci pilləyə yüksəlib və 4-cü yerdəki "İnter"lə xal fərqini 1-ə endirib.

Turun son oyununda isə "Zirə" hazırkı lider "Qarabağ"ı qəbul edib. Matçda hesab açılmayıb və komandalar hərəyə 1 xalla kifayətlənib. Nəticədə "Qarabağ" 2 tur qalmasına baxmayaraq, fasiləyə qış çempionu kimi yollanacaq. 26 xalla 3-cü pillədə olan "Zirə" isə "Qəbələ" ilə xal fərqini minimuma endirib.

Qeyd edək ki, turun digər görüşündə "Sumqayıt" səfərdə "İnter"i məğlub edib. "Kəpəz" - "Rəvan" oyununda isə qolsuz bərabərlik qeydə alınıb.

Premyer Liqa. 16-cı tur

"Zirə"- "Qarabağ" - 0-0

"Qəbələ" - "Neftçi" - 0-1

Qol: Rodriges Filyo Jairo, 22

AZAL - "Xəzər Lənkəran" - 1-0

Qol: Murad Səttarlı, 70

Son xəbərlər

Orphus sistemi