Bakı. 8 Avqust. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo klub ilə yeni dördillik müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə komandanın rəsmi saytında məlumat yerləşdirilib.
KİV-in yazdığına görə, onun yeni sazişə görə əmək haqqısı əvvəlki kimi - ildə 8,5 milyon funt sterlinq təşkil edəcək.
Mourinyo "Çelsi"yə 2013-cü ilin yayında dördillik müqavilə imzalayaraq qayıdıb. Bundan əvvəl isə o, komandaya 2004-cü ildən 2007-ci ilədək rəhbərlik edib.