​Portuqaliya yığmasının baş məşqçisi: "Biz çox güclü komandayıq"

​Portuqaliya yığmasının baş məşqçisi: "Biz çox güclü komandayıq" Helio Souza: "Uduzan komanda ilə görüşmək istərdim"
Futbol
18 May , 2016 17:44
​Portuqaliya yığmasının baş məşqçisi: Biz çox güclü komandayıq

Bakı. 18 may. REPORT.AZ/ "Hesab edirəm ki, biz çox güclü komandayıq. Bu səbəbdən finala qədər gəlmişik. Hər mövqedə kifayət qədər güclü futbolçularımız var". "Report"un məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Portuqaliya yığmasının baş məşqçisi Helio Souza Bakıdakı Avropa çempionatında Hollandiyaya 2:0 hesabı ilə qalib gəldikləri yarımfinal matçından sonra jurnalistlərə açıqlamasında deyib. 

47 yaşlı mütəxəssis komandasının taktiki gedişlərdən yaxşı istifadə etmələri nəticəsində qol buraxmadıqlarını bildirib: "Gördüyümüz bütün işlər bizi finala qədər gətirdi. Bunu hər oyunda həyata keçirmək çox çətindir. Bir daha söyləmək istəyirəm ki, biz çox güclü komandayıq".

H.Souza finalda hansı komanda ilə qarşılaşmaq istədikləri ilə bağlı sualı isə belə cavablandırıb: "Uduzan komanda ilə görüşmək istərdim (gülür - red.). Təbii ki, bu, bir zarafatdır. Bizim üçün hansı komandanın finala çıxması önəmli deyil. Ancaq meydana böyük şərəflə çıxacağıq. Komandamızın çempion olması üçün bu böyük şansdır. Federasiya bizə böyük dəstək verir. Onlar bizim üçün hər cür şəraiti yaradıblar. Aprelin 25-dən təlim-məşq toplanışındayıq. Biz onlara öz təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, Portuqaliya millisinin finaldakı rəqibi saat 20:00-da start götürəcək Almaniya-İspaniya oyununun qalibi olacaq. Çempionluq qarşılaşması isə mayın 21-də "Bakcell Arena"da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi