Portuqaliya milli komandası AVRO-2016-da 25,5 milyon avro qazanıb

Portuqaliya milli komandası AVRO-2016-da 25,5 milyon avro qazanıb Finalda məğlub olan fransızlar 23,5 milyon avro əldə edib
Futbol
11 İyul , 2016 15:43
Portuqaliya milli komandası AVRO-2016-da 25,5 milyon avro qazanıb

Bakı. 11 iyul. REPORT.AZ/ Fransada keçirilən Avropa Çempionatının finalında qazanılan qələbə Portuqaliya milli komandasına xeyli gəlir gətirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, AVRO-2016-nı çempion kimi başa vuran Portuqaliya turnirdən 25,5 milyon avro qazanıb. Turnirin ev sahibi olan və yalnız finalda uduzan Fransa millisi isə 23,5 milyon avro əldə edib.

Reqlamentə əsasən qrup mərhələsində iştirak etmiş hər bir milli komanda sadəcə, qitə çempionatındakı iştiraka görə UEFA-dan 8 milyon avro mükafat alıb.

Qrup mərhələsində hər qələbə komandalara 1 milyon, heç-heçə isə 500 min avro qazandırıb. Pley-off mərhələsinə adlamış yığma komandalar hesablarına daha 1,5 milyon avro əlavə edib. 1/8 finalı uğurla adlayıb 1/4 finala çıxanlar əlavə olaraq federasiyalarının hesabına 2,5 milyon avro yazıdırb. Yarımfinalda oynayan dörd komanda 4 milyon avro irəli düşüb. Finalda isə çempion 8, gümüş medalların sahibi isə 5 milyon avro qazanıb.

Xatırladaq ki, AVRO-2016-nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi