​Polisə hücum edən türk əsilli futbolçu həbs edilib

​Polisə hücum edən türk əsilli futbolçu həbs edilib Onunla yanaşı iki mərakeşli futbolçu da polisə hücum edib
Futbol
13 Mart , 2015 18:46
​Polisə hücum edən türk əsilli futbolçu həbs edilib

Bakı. 13 mart. REPORT.AZ/ Hollandiyanın "Ayaks" klubunun əvəzedici komandasında forma geyinən türk əsilli Samet Bulut polis tərəfindən saxlanılıb. "Report"un məlumatına görə, futbolçu polisə təzyiq göstərdiyi üçün tutulub.

Türk əsilli futbolçu komanda yoldaşları - mərakeşli Zakaria əl-Azzouzi və Əşəf əl-Mahdioui naməlum səbəbdən qadın polisin üzərinə hücum çəkib. Polis əməkdaşının paltarlarını cıran futbolçular onun bədəninin müxtəlif yerlərinə də xəsarət yetiriblər. Həkim müayinəsindən sonra polis əməkdaşının körpücük sümüyündə zədənin olduğu aşkarlanıb.

Artıq hər 3 futbolçunun işi məhkəməyə verilib.

Qeyd edək ki, hər 3 futbolçu əsas heyətə düşməyə ən real namizədlərdir.

Son xəbərlər

Orphus sistemi