PFL və Şəmkirin icra başçısı sentyabrın ən yaxşı qolunun müəllifini mükafatlandırıb

PFL və Şəmkirin icra başçısı sentyabrın ən yaxşı qolunun müəllifini mükafatlandırıb Qeyrət Qənbərova 500 manat verilib
Futbol
28 Oktyabr , 2016 15:00
PFL və Şəmkirin icra başçısı sentyabrın ən yaxşı qolunun müəllifini mükafatlandırıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Peşəkar Futbol Liqasının (PFL) layihəsi olan “I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ilk qalib jurnalistlər və azarkeşlər arasında keçirilən sorğu nəticəsində müəyyənləşib. 

"Report"un məlumatına görə, “Şəmkir”in futbolçusu Qeyrət Qənbərovun “Zaqatala”nın qapısından keçirdiyi top sentyabrın ən yaxşı qolu seçilib.

500 manat məbləğində pul mükafatını və xüsusi hədiyyəni bu gün keçirilən “Şəmkir” – MOİK oyunundan öncə PFL-in Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib. 

Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyəti də fərqlənmiş oyunçunu mükafatlandırıb. Futbolçu hədiyyəni icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun adından I müavin Qüdrət Əliyevdən alıb. 

Qeyd edək ki, PFL bu oyuna jurnalistlərin səfərini də təşkil edib.

Son xəbərlər

Orphus sistemi