Bakı. 28 İyun. REPORT.AZ/ Futbol üzrə Paraqvay yığması Çilidə keçirilən Amerika Kubokunun 1/2 final mərhələsinə vəsiqə qazanıb.
"Report" xəbər verir ki, paraqvaylılar 1/4 final oyununda Braziliyanı məğlub ediblər.
Matçın əsas hissəsi 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Braziliyanın heyətində 15-ci dəqiqədə Robinyo, Paraqvayda isə 11 metrlik cərimə zərbəsindən Derlis Qonsales (72 -ci dəqiqə) fərqlənib. Penaltilər seriyasında isə Paraqvay futbolçuları rəqibdən dəqiq olub - 4:3.
Paraqvay yarımfinalda Argentina ilə qarşılaşacaq. Görüş iyulun 1-də keçiriləcək.