​PAOK-un futbolçusu: "Qəbələ" nəyə qadir olduğunu göstərdi"

​PAOK-un futbolçusu: "Qəbələ" nəyə qadir olduğunu göstərdi" "Bacardığımız qədər mübarizə aparacağıq"
Futbol
16 Sentyabr , 2015 20:48
​PAOK-un futbolçusu: Qəbələ nəyə qadir olduğunu göstərdi

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Fiziki hazırlığımda heç bir problem yoxdur. Özümü oyuna hazır hiss edirəm. Bacardığımı meydanda göstərəcəm". "Report"un məlumatına görə, bunu Yunanıstan PAOK-unun futbolçusu Aleksandros Tsiolis deyib.

Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə oyun haqda fikirlərini bölüşən futbolçu bildirib: "Təcrübə və digər baxımdan "Qəbələ" daha az fərqlənə bilər. Amma buna ümid etmək olmaz. Çünki təcrübəsi az olsa da, "Panatinaikos"la oyunda nəyə qadir olduğunu göstərdi. Bacardığımız qədər mübarizə aparacağıq".

"Qəbələ"nin taktiki hazırlığı barədə tam ətraflı məlumatlı olduğumuzu deyə bilmərəm. Amma onlara qarşı mübarizə aparmaq üçün lazım olan məlumatlara sahibik" - yarımmüdafiəçi söyləyib.

Qeyd edək ki, "Qəbələ" - PAOK qarşılaşması sabah saat 22:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi