PAOK Bakıya 20 futbolçu gətirir - SİYAHI

PAOK Bakıya 20 futbolçu gətirir - SİYAHI Erqis Katse isə dizindəki zədə səbəbindən siyahıda yer almayıb
Futbol
16 Sentyabr , 2015 10:33
PAOK Bakıya 20 futbolçu gətirir - SİYAHI

Bakı. 16 sentyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə ilk turun oyunu üçün Yunanıstan PAOK-unun heyətində Bakıya gələcək futbolçuların adları açıqlanıb. "Report"un Yunanıstan klubunun saytına istinadən verdiyi məlumata görə, baş məşqçi İqor Tudor Azərbaycan paytaxtına 20 futbolçu gətirəcək. 

Qapıçılar: 25.Robin Olsen, 30.Nikos Melissas, 71.Panaqiotis Qlikos.

Müdafiəçilər: 13.Stelios Malezas, 15.Migel Vitor, 20.Rikardo Koşta, 22.Dmitris Konstantinidis, 31.Girogis Tsavelas, 70.Stelios Kitsiu.

Yarımmüdafiəçilər: 6.Aleksandro Dziolis, 7.Eyal Qolasa, 11.Robert Mak, 21.Xaris Xarisis, 24.Harri Rodriges 27.Yannis Mistakidis, 52.Erik Sabo, 77.Dmitris Pelkas.

Hücumçular: 9.Jayro da Silva, 10.Dimitar Berbatov, 33.Stefanos Аtаnаsiаdis.

PAOK Bakı vaxtilə saat 11:30-da paytaxta gəlmək üçün yola düşəcək.

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - PAOK matçı saat 22:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi