Oyun zamanı 90 metr məsafədən qol vurulub

Oyun zamanı 90 metr məsafədən qol vurulub Yerə dəyən top rəqib qapıçının üzərindən tora daxil olub
Futbol
27 Aprel , 2015 15:28
Oyun zamanı 90 metr məsafədən qol vurulub

Bakı. 27 aprel. REPORT.AZ/ Almaniyanın "Şvaynfurt" futbol klubunun qapıçısı Kristofer Fayfer 90 metr məsafədən qol vurub. 

"Report"un məlumatına görə, Fayfer "Münhen-1860"ın əvəzedici komandası ilə görüşün 15-ci dəqiqəsində meydanın özlərinə aid hissəsindən rəqib qapısına dəqiq zərbə endirib.

Əvvəlcə top münhenlilərin qapıçısının qarşısına düşüb. Bu vaxt qolkiper xeyli irəli çıxdığından, yerə dəyən top onun başı üzərindən tora daxil olub.

Bununla belə, "Şvaynfurt" məğlubiyyətlə üzləşib - 1:2.

Son xəbərlər

Orphus sistemi