Oqtay Dərəlioğlu: "Fatih Terimin açıqlamaları ümidverici və doğru deyil"

Oqtay Dərəlioğlu: "Fatih Terimin açıqlamaları ümidverici və doğru deyil" "O vaxtlar məni saymadılar, klub üçün heç bir əməyi olmayanları "Xəzər Lənkəran"a gətirdilər"
Futbol
17 İyun , 2016 12:14
Oqtay Dərəlioğlu: Fatih Terimin açıqlamaları ümidverici və doğru deyil

Bakı. 17 iyun. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun və Türkiyə yığmasının sabiq futbolçusu Oktay Dərəlioğlunun "Report"a müsahibəsi:

- AVRO-2016-da Türkiyə millisinin bundan sonrakı şanslarını necə görürsünüz?

- Başlangıc ürəkaçan olmadı. Hesab edirəm ki, komandada oyunçuların yerləri düzgün seçilməyib. Oyunda adların sayı əhəmiyyət kəsb etmir. Bu mənada Xorvatiya ilə qarşılaşmadan sonra İspaniya ilə oynanılacaq maçın önəmi daha da artıb. Amma yeni reqlamentə əsasən, qrupdan 3 komandaya növbəti mərhələyə yüksəlmə şanslarının verilməsi millimizə üstünlük qazandırıb. Bunu əldən verməmək üçün ya ispanları, ya da çexləri məğlub etməliyik. Lakin Xorvatiya ilə qarşılaşmadan sonra baş məşqçi Fatih Terimin açıqlamaları ümidverici deyildi. "60-cı dəqiqədən sonra komandanın ruhdan düşəcəyini bilirdim" deyir. Hesab edirəm ki, bu cür fikirləri səsləndirmək doğru deyil. Belə açıqlamalar oyunçuların durumuna ciddi təsir edə bilər. Amma Terimdən fərqli olaraq, düşünürəm ki, Türkiyə millisi bu çempionata qatılmaq hüququnu qazana bilibsə, burdan qalib kimi çıxmaq, ispanları məğlub etmə gücünə də sahibdir.

- Sizcə, hansı komanda çempionluğa daha yaxındır...

- Mənim yarışmadakı favoritim Belçikadır. Bu komandanın finaladək irəliləyəcəyini düşünürəm. Amma Almaniya, Fransa kimi iddialı komandalar da var. Daha geniş baxıldıqda önümüzə sürpriz komandalar çıxa bilər.

- Azərbaycan futbolunun indiki vəziyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycan futbolu ilə bağlı fikir söyləməkdə çətinlik çəkirəm. Ölkənizdən ayrıldıqdan sonra, nədənsə, heç xatırlanmadım. Halbuki futbolunuzdan daha çox diqqət gözləyirdim. "Xəzər Lənkəran"da oynadığım müddətdə bir sıra uğurlara imza atdıq. Amma bu günə qədər Azərbaycandan heç bir yeni təklif almadım. Futbolunuzdan gözləntilərim var.

Keçmiş komandanız "Xəzər Lənkəran"ın əsas komandasının Azərbaycan çempionatında çıxışını dayandırmasından xəbəriniz var?

- Xeyr. Açığı, bu klubun mənə olan sonrakı münasibətindən heç də razı deyiləm. Çünki o vaxtlar məni saymadılar, klub üçün heç bir əməyi olmayanları "Xəzər Lənkəran"a gətirdilər. Nə isə... Bu mövzuda çox danışmaq istəmirəm. Azərbaycan futbolunun yolu açıq olsun.  

Son xəbərlər

Orphus sistemi