​Oqtay Abdullayev: "Veteranlar səfərə dincəlməyə getmirlər"

​Oqtay Abdullayev: "Veteranlar səfərə dincəlməyə getmirlər" "Biz oyunları, məşqləri izləyirik"
Futbol
13 Yanvar , 2015 10:58
​Oqtay Abdullayev: Veteranlar səfərə dincəlməyə getmirlər

Bakı. 13 yanvar. REPORT.AZ/ "Veteranlar xaricdə keçirilən yarışlara yollananda deyirlər ki, niyə getdilər? Getməyəndə isə AFFA-nı qınayırlar ki, niyə veteranları aparmadı". Bunu "Report"a açıqlamasında Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev deyib.

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində iştirak etmiş O.Abdullayev AFFA-nın veteranlara diqqətindən danışıb: "Mən Sankt-Peterburqa Qranatkin turniri üçün getmişdim. AFFA rəhbərliyi son vaxtlar veteran futbolçuları yığma komandalarımızın iştirakı ilə xaricdə keçirilən yarışlara göndərir. Daha öncə millimizlə Səməd Qurbanov və Ağasəlim Mircavadov getmişdi, bu dəfə də məni göndərdilər. İndi hər yerdə yazırlar ki, veteranlar nəyə görə gedir? Veteranlar ora dincəlməyə getmirlər. Onlar oyunları, məşqləri izləmək üçün səfərlərə yollanırlar. Bəzən elə olur ki, yığmanın baş məşqçisi bizdən məsləhət alır".

Qeyd edək ki, Oqtay Abdullayev Qranatkin turnirini AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadov və Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevlə birgə izləyib.

Son xəbərlər

Orphus sistemi