"Olimpiakos"un prezidenti komandanı 500 min avro cərimələyib

"Olimpiakos"un prezidenti komandanı 500 min avro cərimələyib Buna Yunanıstan klubunun uğursuzluqları səbəb olub
Futbol
3 Mart , 2015 09:49
Olimpiakosun prezidenti komandanı 500 min avro cərimələyib

Bakı. 3 mart. REPORT.AZ/ Yunanıstanın "Olimpiakos" futbol klubunun prezidenti Yevangelos Marinakis komandanı 500 min avro cərimələyib. "Report"un "France Presse" agentliyinə istinadən verdiyi məlumatına görə, buna komandanın qeyri-qənaətbəxş nəticələri səbəb olub. 

Y.Marinakis oyunçulara müraciətində deyib: "Olimpiakos" Yunanıstanın dahi klublarındandır. Hər biriniz üçün bu komandada oynamaq şərəf olmalıdır. Kluba və onun tarixinə sayqı ilə yanaşmalısınız. Əks halda, özünüzdə bizi könüllü tərk etməyə cəsarət tapın. "Olimpiakos"da oynadığınız müddətdə bacarığınızı maksimum ortaya qoymalı və kluba xeyir verməlisiniz". 

Qeyd edək ki, "Olimpiakos" son oyunlarında Ukrayna "Dnepr"inə Avropa Liqasının 1/16 finalında ümumi hesabda yenilib - 0:2, 2:2. Komanda Yunanıstan Kubokunun 1/4 finalında II Divizion təmsilçisi AEK-lə heç-heçə edib. Ölkə çempionatının 25-ci turunda isə "Olimpiakos" derbidə "Panatinaikos"a yenilib - 1:2. 

Son xəbərlər

Orphus sistemi