Odessada Əhməd Ələsgərovla vida mərasimi keçirilib

Odessada Əhməd Ələsgərovla vida mərasimi keçirilib Mərhumun məzarı önünə Gənclər və İdman Nazirliyi, AFFA, eləcə də "Neftçi" adından əklil qoyulub
Futbol
23 May , 2015 13:57
Odessada Əhməd Ələsgərovla vida mərasimi keçirilib

Bakı. 23 may. REPORT.AZ/ Ukraynanın Odessa şəhərində futbol üzrə Azərbaycan milli komandasının və "Neftçi" klubunun sabiq baş məşqçisi Əhməd Ələsgərovla vida mərasimi keçirilib. "Report"un məlumatına görə, mərasimə “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovla yanaşı, Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayev və qurumun vitse-prezidenti Rüstəm Rəhimov da qatılıb. 

Onlar mərhumun ailə üzvləri və yaxınlarına başsağlığı veriblər. Ə.Ələsgərovun məzarı önünə Gənclər və İdman Nazirliyi, AFFA, eləcə də "Neftçi" adından əklil qoyublar. 

Qeyd edək ki, Əhməd Ələsgərov uzun sürən xəstəlikdən sonra mayın 19-da 79 yaşında ikən vəfat edib. 

Son xəbərlər

Orphus sistemi