​Norveçin baş məşqçisi: "Sevinirik ki, Azərbaycanı Bakıda məğlub edə bildik"

​Norveçin baş məşqçisi: "Sevinirik ki, Azərbaycanı Bakıda məğlub edə bildik" "Çalışdıq ki, sadə oynayıb, çox problem yaşamayaq"
Futbol
17 Noyabr , 2014 08:30
​Norveçin baş məşqçisi: Sevinirik ki, Azərbaycanı Bakıda məğlub edə bildik

Bakı. 17 noyabr. REPORT.AZ/ "Çalışdıq ki, sadə oynayıb, çox problem yaşamayaq. Sevinirik ki, Azərbaycan millisini Bakıda məğlub edə bildik".

"Report"un AFFA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Bakıda Avro-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan-Norveç qarşılaşmasından sonra keçirilən mətbuat konfransında Norveç yığmasının baş məşqçisi Per-Mathias Hogmo söyləyib.

Komandası ilə qürur duyduğunu bildirən baş məşqçi Fransaya getmək üçün yaxşı şərait qazandıqlarını dilə gətirib:

“Komandamla qürur duyuram. Taktiki cəhətdən yaxşı oynadıq. Biz motivasiyası böyük olan komandaya qarşı mübarizə apardıq. Çünki yeni baş məşqçinin gəlməsi rəqibin motivasiyasında rol oynadı. Çalışdıq ki, sadə oynayıb, çox problem yaşamayaq. Sevinirik ki, Azərbaycan millisini Bakıda məğlub edə bildik. 3 qələbə qazanmışıq. Bu, bizə Fransaya getmək üçün şərait yaradır”.

Son xəbərlər

Orphus sistemi