Norveç - Azərbaycan matçının hakimləri açıqlanıb

Norveç - Azərbaycan matçının hakimləri açıqlanıb Görüşə polşalılar təyinat alıb
Futbol
9 İyun , 2015 15:33
Norveç - Azərbaycan matçının hakimləri açıqlanıb

Bakı. 9 iyun. REPORT.AZ/ İyunun 12-də Norveç və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə AVRO-2016-nın seçmə qrup matçının hakimləri açıqlanıb. "Report"un məlumatına görə, qarşılaşmaya polşalı referi Pavel Gil təyinat alıb.

Ona həmyerlilərindən Konrad Sapela və Martsin Borkovski yan xətt, Bartoş Frankovski və Krjiştof Yakubik əlavə köməkçi hakimlər, Radoslav Seyka dördüncü hakim qismində yardımçı olacaq.

UEFA nümayəndəsi şimali irlandiyalı Krouford Uilson, hakim-inspektor kiprli Kostas Kapitanisdir.

Qeyd edək ki, Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi