Nikolo Rokoyeviç: Evə ümidlə qayıdırıq

Nikolo Rokoyeviç: Evə ümidlə qayıdırıq "Mladost" komandasının Baş məşqçisi "Neftçi" ilə oyundan danışdı
Futbol
3 İyul , 2015 00:11
Nikolo Rokoyeviç: Evə ümidlə qayıdırıq

Bakı. 3 iyul. REPORT.AZ/ "Bu nəticə ilə qane olmalıyıq, çünki hesab 2:2 bitdi və biz evə ümidlə qayıdırıq". "Report"un məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsində Bakıda keçirilən "Neftçi" (Azərbaycan) -"Mladost" (Monteneqro) oyunundan sonra qonaq komandanın baş məşqçisi Nikolo Rokoyeviç deyib.

Monteneqro komandasının çalışdırıcısı ev oyunun əhəmiyyətindən də söz açıb: "Neftçi" topa nəzarət edəndə biz həyəcan keçirirdik. Oyun video yazılarını təhlil edərək "Neftçi"nin müəyyən qədər tanımışdıq. Oyunumuzu da həmin video yazılar əsasında qurmuşduq. Bakıda əldə olunmuş heç-heçə son demək deyil. Hər iki komandanın növbəti mərhələyə keçmə şansı var".

Baş məşqçi onu da qeyd edib ki, ilk oyun olduğundan və komandalar biribirilərini tanımadığından hər iki komanda gücünü tam ortaya qoya bilməyib.

Son xəbərlər

Orphus sistemi