Niko Kovaç: "Azərbaycan ancaq hücum futbolu oynayır"

Niko Kovaç: "Azərbaycan ancaq hücum futbolu oynayır" Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç jurnalistlərin suallarını cavablandırıb
Futbol
3 Sentyabr , 2015 23:29
Niko Kovaç: Azərbaycan ancaq hücum futbolu oynayır

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Biz 90 dəqiqə çalışdıq ki, qol vuraq. Təəssüflər olsun ki, bu alınmadı". "Report"un məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib.

Azərbaycanla oyun haqda danışan mütəxəssis matç boyunca üstünlüyün Xorvatiya millisində olduğunu bildirib: "Prosineçki gələndən sonra ancaq hücum futbolu oynayırlar, müdafiə futbolu oynamırlar. Bir neçə oyunçu qol şansından istifadə edə bilmədi. Mandzukiç də onlardan biri idi. Futbolda elədir ki, şans olanda qol vura bilmirsən, 8-9 dəfə imkanımız oldu və dəyərləndirə bilmədik".

N.Kovaç Azərbaycanın qrup 3-cüsü olaraq pley-off mərhələsinə çıxma ehtimalından da danışıb: "Azərbaycanın hazırda 5 xalı var və oyunların sayı azalır. Düşünürəm ki, bu çətin olacaq. Ancaq ola bilər ki, mənim fikrim yanlışdır".

O, Luka Modriçin oyun zamanı əvəzlənməsinə aydınlıq gətirib: "Bizi 3 gündən sonra çətin oyun gözləyir. Oyun çətin və hava isti idi. Bu baxımdan mən Lukanı dəyişdim".

Niko Kovaç konfransın sonunda Azərbaycan millisini təbrik edib: "Oyunçular hazırlıq görüb və baş məşqçi futbolçuları düzgün hazırlayıb. Azərbaycan layiqli olaraq bir xalını qazandı".

Son xəbərlər

Orphus sistemi