​Neymar nə vaxtsa Messi və Ronaldunun səviyyəsinə çata biləcəyinə əmin deyil

​Neymar nə vaxtsa Messi və Ronaldunun səviyyəsinə çata biləcəyinə əmin deyil 22 yaşlı futbolçu bu mövsümdə 18 matçda 14 qol vurub
Futbol
27 Dekabr , 2014 23:50
​Neymar nə vaxtsa Messi və Ronaldunun səviyyəsinə çata biləcəyinə əmin deyil

Bakı. 27 dekabr. REPORT.AZ/ Əslən braziliyalı olan Neymar nə vaxtsa Messi və Ronaldunun səviyyəsinə çata biləcəyinə əmin deyil.

“Report” AzərTAc-a istinadən xəbər verir ki, “Barselona” klubunun və Braziliya yığmasının hücumçusu Neymar gələcəkdə hansı səviyyədə oynayacağını irəlicədən bilməsə də, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı üçün yaxşı formada olması üçün mümkün olan hər şeyi edəcək.

22 yaşlı futbolçu bu mövsümdə 18 matçda 14 qol vurub, bu isə yaxşı nəticə sayılır. Buna baxmayaraq, onun nəticəsi son altı ildə “Qızıl top” mükafatına layiq görülənlərin göstəricilərindən geri qalır.

Neymar deyib: “Bu gün Messi və Ronaldu planetimizin ən yaxşı futbolçularıdır. Onlar öz işinin ustasıdırlar, biri isə mənim dostumdur. Bilmirəm, nə vaxtsa onların səviyyəsinə çata biləcəyəm, ya yox, amma mənim məqsədim imkanlarımı hər gün inkişaf etdirməkdir”.

Ötən il öz meydanında keçirilən dünya çempionatı Neymar üçün uğursuz olub. O turnirin dörddə bir final mərhələsinə qədər ən yaxşı futbolçu sayılsa da, ağır zədə alması arzularını ürəyində qoyub. Braziliyalılar gənc forvardsız almanlara və hollandlara bütövlükdə 1:10 hesabı ilə uduzaraq, görünməmiş məğlubiyyətin acısını yaşayıblar.

Neymar deyib: “Futbol daim mükəmməlləşir, rəqabət isə artır. Bilirəm ki, 2018-ci ilin dünya çempionatına ötən çempionatdan daha yaxşı hazırlaşmalıyam”.

Son xəbərlər

Orphus sistemi