"Neftçi" yeni titul sponsoru ilə müqavilə imzalayıb

"Neftçi" yeni titul sponsoru ilə müqavilə imzalayıb Mərasim Bakı Biznes Mərkəzində baş tutub
Futbol
16 Oktyabr , 2015 19:43
Neftçi yeni titul sponsoru ilə müqavilə imzalayıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində "Neftçi" klubu və ASAN xidmət arasında titul sponsorluğuna dair müqavilə imzalanıb. "Report"un məlumatına görə, imzalanma mərasimində klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev və Xidmətin sədri İnam Kərimov çıxış edib.

İ.Kərimov bu əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına inam ifadə edib. Ç.Abdullayev isə bildirib ki, hamı bu müqavilənin imzalandığını eşitdikdə, anlaşmanın "Neftçi"nin işini asanlaşdıracağını düşünüb: "Bu, bir əməkdaşlıq müqaviləsidir. "Neftçi"nin formalarında "ASAN xidmət" yazılacaq. Çoxları yazır ki, müqavilənin dəyəri 20 milyon manatdır. Amma bu, belə deyil. İnanmırlar ki, Azərbaycanda da xeyirxah insanlar var. Hər iki tərəfə uğurlar arzulayıram".

Çıxışların ardından rəsmi müqavilə imzalanıb. "Neftçi" tərəfindən müqaviləni icraçı direktor Elnur Məmmədov, "ASAN xidmət" tərəfindən isə qurumun sədr müavini Ülvi Mehdiyev imzalayıb. Müqaviləyə əsasən, "ASAN xidmət" "Neftçi"nin əsas komandasının titul sponsoru olacaq.

"Neftçi" artıq Azərbaycan Premyer Liqasının VIII turunda "Qəbələ" ilə keçiriləcək oyundan etibarən bütün qarşılaşmalara üzərində "ASAN xidmət" yazılmış formalarla çıxacaq.

Tədbir bədii hissə ilə davam edib.

Son xəbərlər

Orphus sistemi